"Neftçi" Misli Premyer Liqasında növbəti iki oyununu "Palms Sports Arena"da "Qarabağ"a qarşı keçirəcək. Hər iki oyunun biletləri satışa çıxarılıb. "Neftçi" azarkeşləri bir bilet almaqla da hər iki oyunu tribunadan izləyə bilərlər.
"Neftçi" Misli Premyer Liqasında növbəti iki oyununu "Palms Sports Arena"da "Qarabağ"a qarşı keçirəcək. Paytaxt klubu Ağdam təmsilçisini aprelin 26-sı saat 19:00-da 29-cu tur matçında, ayın 30-u saat 20:00-da isə 21-ci turdan təxirə salınmış görüşdə qəbul edəcək.
Matc.az xəbər verir ki, hər iki oyunun biletləri satışa çıxarılıb. "Neftçi" azarkeşləri bir bilet almaqla da hər iki oyunu tribunadan izləyə bilərlər.
Biletləri "Neftçi"nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
“Qarabağ”la ilk görüş üçün biletlərin qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edir.
Hər iki oyuna bir bilet alanda isə (“bundle”) qiymət 3 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 5 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 8 (“Anatoli Banişevski alt” sektoru), 27 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 36 (“VIP Gold” sektoru) AZN-dir. Bu yalnız onlayn alınan biletlər üçün keçərlidir.
Stadionun kassasında isə biletlər hər iki oyun günü saat 12:00-dan etibarən satışda olacaq.












