İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Donadoni B Seriyası klubu "Spezia"nın baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Mütəxəssisin yeni komandası ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Roberto Donadoni əvvəllər "Genoa", "Livorno", "Napoli", "Kalyari", "Parma", "Bolonya" kimi klubları çalışdırıb. O, həmçinin 2006-cı ildən 2008-ci ilə qədər İtaliya milli komandasının baş məşqçisi olub.

Qeyd edək ki, "Spezia" hazırda B Seriyasının turnir cədvəlində 19-cu yerdədir. Klubun ən uğurlu nailiyyəti 1943/1944 mövsümündə çempionluğu qazanması olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest