01 Sentyabr 2025, 11:37
FUTBOL
"Sampdoriya" "Rostov"un müdafiəçisi Dennis Hadjikaduniçin transferi ilə bağlı razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.
Bildirilir ki, 27 yaşlı bosniyalı futbolçu Genuya klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq. Transferin məbləği açıqlanmır.
Son iki mövsümü icarə əsasında "Hamburq"da keçirən Hadjikaduniç 2018-2022-ci illər arasında "Rostov"un heyətində 69 rəsmi oyun keçirib, 2020-ci ildən isə Bosniya və Herseqovina millisinin daimi oyunçusu olub və 28 matçda iştirak edib.