İrlandiya təmsilçisi "Arsenal"dan ayrılan Cek Henri-Fransisi rənglərinə bağlayıb.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şelburn" heyətinə yeni oyunçu cəlb edib.

Matc.az xəbər verir ki, İrlandiya təmsilçisi "Arsenal"dan ayrılan Cek Henri-Fransisi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Cek-Henri Fransis ötən mövsüm icarə əsasında "Sliqo Rovers"in formasını geyinib. İrlandiyalı oyunçu "Arsenal"ın U-21 komandasında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Şelburn"la ilk oyunu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest