UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" yay toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Split təmsilçisi Avstriyanın LASK klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Hayduk"un 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə ayınn 31-də Xorvatiyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest