18 İyul 2025, 22:34
FUTBOL
"Çelsi"nin vingeri Noni Madueke London "Arsenal"ının futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu "topçular"la uzunmüddətli müqavilə imzalayıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.
Transferin ümumi məbləği 58 milyon avro olub və yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
2024/25 mövsümündə Noni Madueke bütün yarışlarda "Çelsi"nin 42 matçında iştirak edib, 11 qol və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 40 milyon avro qiymətləndirir.