Ukrayna millisinin və Madrid "Real"ının qapıçısı Andrey Lunin "Vilyarreal"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" məlumat yayıb.

İspaniya klubu Çempionlar Liqasına yenidən qayıtması ərəfəsində heyətini yenidən gücləndirmək istəyir, ukraynalı qolkiper isə daha çox oyun praktikası keçirməyə üstünlük verir.

Əvvəlcə "Vilyarreal" ukraynalı qolkiperin yüksək maaşı ilə bağlı problemlər yaşasa da, tərəflər razılaşaraq kompromis tapa bilib.

Qeyd edək ki, 2024/25 mövsümündə Andrey Lunin "Real"ın heyətində 14 oyun keçirib, onlardan 6-nı qol buraxmadan başa vurub və cəmi 19 qol buraxıb. dığını bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest