"Mançester Yunayted" hücumçu Brayan Mbemo üçün "Brentford"la razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, həftələrlə davam edən danışıqlardan sonra nəhayət ki, 71 milyon funt-sterlinqə (82,4 milyon avro) qədər olan müqavilə bağlanıb. Buraya dörd hissədə ödəniləcək 71 milyon funt sterlinq (75,4 milyon avro) ilkin ödəniş və 6 milyon funt-sterlinqə (7 milyon avro) qədər bonuslar daxildir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə 25 yaşlı Brayan Mbemo 38 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest