18 İyul 2025, 16:00
FUTBOL
Türkiyə çempionu "Qalatasaray" komandasının əsas qapıçısı Ederson üçün "Mançester Siti"yə təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabunoğlu məlumat paylaıb.
Bildirilir ki, İstanbul klubu 31 yaşlı braziliyalı üçün nə qədər məbləğ təklif etdiyi hələlik məlum deyil, lakin "Transfermarkt" portalı onu 20 milyon avro qiymətləndirir. Qolkiperin ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.
Xatırladaq ki, braziliyalı "Mançester Siti"yə 2017-ci ildə 35 milyon funt-sterlinqə keçib.