18 İyul 2025, 15:27
FUTBOL
"Milan" sol cinah müdafiəçisi Pervis Estupinyanın transfer şərtlərini müzakirə etmək üçün "Brayton" ilə əlaqə saxlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Matteo Moretto paylaşıb.
Bildirilir ki, "rossonerilər" 27 yaşlı ekvadorlu futbolçunun transferi üçün artıq ilk təklifi edib – 12 milyon avro.
Qeyd edək ki, Pervis Estupinyan 2022-ci ilin yayından "Brayton"un şərəfini qoruyur. İngiltərədə üç il ərzində müdafiəçi 104 matçda iştirak edib, 4 qol vurub və 14 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunu 30 milyon dəyərində qiymətləndirir.