18 İyul 2025, 10:28
FUTBOL
Bu, cari mövsümün ilk qazancı olub. Hazırda ölkəmizin əmsalı 17.250-ə bərabərdir. Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, UEFA cavab görüşlərindən sonra ölkələrin reytinqini açıqlayıb.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
"Sabah" Avropa Liqasında mübarizəni dayandırsa da, səfərdə əldə olunan heç-heçə (3:3) buna imkan verib. Ölkəmizin hesabına 0.125 əmsal əlavə olunub.
Bu, cari mövsümün ilk qazancı olub. Hazırda ölkəmizin əmsalı 17.250-ə bərabərdir. Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.975, 30-cu yerdə olan Bolqarıstanın isə 16.500 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.