İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. Matc.az xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək oyunda iş başında olacaq. O, “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.
 
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest