Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" bu gün sonuncu yoxlama oyununa çıxıb. 

Matc.az xəbər verir ki, Elmar Baxşıyevin komandası yerli "Trabzonspor"la qarşılaşıb. 

Superliqa təmsilçisi ilə görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib bərabərliyi bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran komanda Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub. 

"Qırmızı-ağlar" bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçiləri "Alanyaspor"la 0:0 hesablı heç-heçə edib, "Konyaspor"da uduzub - 1:2.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest