"Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen növbəti dəfə futboldan uzaq qalıb.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, qapıçı yenidən səhhətində problemlər yaşayır. 33 yaşlı qolkiperin belində ciddi problemlər aşkarlanıb. İndi həkimlər futbolçunun özü ilə birlikdə konservativ müalicəni seçmək, yoxsa cərrahiyyəyə müraciət etmək barədə qərar qəbul etməlidirlər.

Əməliyyat olunsa, ter Stegen təxminən dörd ay oyundan kənar ola bilər.

Xatırladaq ki, almaniyalı qolkiper zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest