İngiltərə yığması və "Çelsi"sinin şərəfini qoruyan yarımmüdafiəçi Kol Palmerin transfer etmək istəyən klubun adı bəlli olub.

Matc.az verir ki, 23 yaşlı oyunçunu PSJ heyətinə qatmaq istəyir. 

Fransa nəhənginin transferə 250 milyon avro ödəyərək rekord məbləğ təklif edib.

Buna qədər isə, tarixin ən bahalı transferi PSJ ilə "Barselona" arasında Neymarın "alış-verişi" olub.

Qeyd edək ki, Palmer 2025-ci il klublararası dünya çempionatının finalında PSJ-nin qapısına 2 qol vuraraq matçın ən yaxşısı seçilib. Futbolçunun "Çelsi" ilə müqaviləsinin müddəti 2033-cü ilin ortalarında başa çatır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest