17 İyul 2025, 16:00
FUTBOL
Ukraynalı hücumçu Daniil Sikan "Trabzonspor"da çıxışını davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fanatik" paylaşıb.
Bildirilir ki, "Kocaelispor" və "Qaziantep" kimi Türkiyə Superliqasının digər klublarının marağına baxmayaraq, 23 yaşlı hücumçu Trabzon klubunda qalacaq.
Futbolçuya güvəndiyini bildirən yeni baş məşqçi Fatih Tekkenin hesabatından sonra qərar verilib.
Qeyd edək ki, ötən mövsümdə Sikan "Trabzonspor"da 18 matça çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.