"Bolonya" "Milan"ın yarımmüdafiəçisi Tommaso Pobeqanı yenidən icarəyə götürmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

Lakin bu dəfə Bolonya təmsilçiləri mərkəz yarımmüdafiəçisini 8-9 milyon avroya almaq variantını müqaviləyə daxil etmək istəyirlər.

Qeyd edək ki, ötən mövsüm Tommaso Pobeqa "Bolonya"nın heyətində icarə əsasında 30 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 9 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest