"Betis"in və ABŞ millisinin yarımmüdafiəçisi Conni Kardoso "Atletiko"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun mətbuat xidməti paylaşıb.

23 yaşlı futbolçu ilə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transferin məbləği açıqlanmayıb.

Qeyd edək ki, Kardoso 2024-cü ilin yanvarından "Betis"də çıxış edir. Ötən mövsüm o, "Betis"in heyətində bütün turnirlərdə 46 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest