17 İyul 2025, 13:26
FUTBOL
"Udineze"nin mərkəz yarımmüdafiəçisi Sandi Lovriç Rusiya klubuna keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Euro-Football.Ru" paylaşıb.
Bildirilir ki, 27 yaşlı yarımmüdafiəçi ilə Moskva "Spartak"ı maraqlanır.
Yarımmüdafiəçi ilə "Udineze" arasındakı hazırkı müqavilə 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, İtaliya çempionatının ötən mövsümündə Lovriç 36 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.