17 İyul 2025, 21:22
FUTBOL
Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk sınaq oyununa çıxıb.
Matc.az xəbər verir ki, “ağ-qaralar” İsrailin “Hapoel” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Neftçi"nin heyətində 1-ci dəqiqədə Emin Mahmudov fərqlənib.
Samir Abasovun rəhbərlik etdiyi komanda iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras” və avqustun 1-də Kiprin AEL klubları ilə üz-üzə gələcək.