17 İyul 2025, 12:16
FUTBOL
Bakıda elit və I kateqoriyalı hakimlər üçün VAR təkmilləşdirmə kursları keçirilir.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat paylaşıb.
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2025/2026 mövsümünə hazırlıq çərçivəsində VAR Mərkəzində təşkil olunan kurslara VAR təlimatçısı Kristof Dierik rəhbərlik edir.
Qeyd edək ki, kurslar iyulun 22-dək davam edəcək.