"Neftçi" Polşa təlim-məşq toplanışı çərçivəsində bu gün İsrailin "Hapoel" (Təl-Əviv) klubu ilə ilk yoxlama oyununa çıxacaq.
"Neftçi" Polşa təlim-məşq toplanışı çərçivəsində bu gün İsrailin "Hapoel" (Təl-Əviv) klubu ilə ilk yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, bununla bağlı baş məşqçi Samir Abasov "Neftçi TV"yə açıqlama verib. Təlim-məşq toplanışını dəyərləndirən çalışdırıcı ilk sınaq görüşü haqda da danışıb:
“İlk iki yoxlama oyunumuz fiziki yükləmələr altında keçəcək. Güc bölgüsü də demək olar ki, tam olacaq. Düşünürük ki, iki məşqdən sonra fiziki yorğunluq altında qarşıdakı iki matçda gücləri bölərək bütün futbolçuları oynadaq”
Qeyd edək ki, "Neftçi" digər sınaq matçlarında iyulun 22-də "Termalitsa Nyeçetşa" (Polşa), 27-də "Asteras Tripolis" (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.