17 İyul 2025, 11:00
FUTBOL
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi oyunların vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Şelburn" ötən gecə ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Linfild"lə heç-heçə edib (1:1, ilk görüş - 1:0) və 2 oyunun cəmində mərhələ adlayaraq "Qarabağ"a rəqib olub.