17 İyul 2025, 10:18
FUTBOL
"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço İngiltərəni tərk etməyi planlaşdırmır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 20 yaşlı argentinalı "qırmızı şeytanlar"ın planlarında olmasa da, bir neçə xarici klubun marağına baxmayaraq, Premyer Liqada qalmaq istəyir.
Qeyd edək ki, futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Ötən mövsüm Qarnaço bütün turnirlərdə 58 matçda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.