"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Matc.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Linfild" (Şimali İrlandiya) evdə "Şelburn" (İrlandiya) ilə qarşılaşıb.

"Vindors Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk matç "Şelburn"un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest