15 İyul 2025, 21:50
FUTBOL
"Napoli" "Udineze"nin hücumçusu Lorenzo Lukkanı transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Transfer icarə əsasında baş tutacaq və bunun üçün "Napoli" 9 milyon avro ödəyəcək. Müqaviləyə 26 milyon avroya məcburi alış hüququ da daxil olacaq. Hazırda tərəflər transferin əlavə şərtlərini müzakirə edirlər.
Qeyd edək ki, ötən mövsüm Luka 33 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.