28 İyun 2025, 13:54
FUTBOL
"Zirə"nin Konfrans Liqasını 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə oyunlarının vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İlk oyun 23 iyul 8-ci km stadionunda oynanılacaq və saat 19:30-da start götürəcək.
Cavab görüşü isə 31 iyulda "Polyud Stadium"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.