"Yuventus" klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunun "Mançester Siti" ilə oyununda (2:5) zədələnən 22 yaşlı müdafiəçi Nikolo Savonanın vəziyyəti ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, Savona "Mançester Siti" ilə oyunda aldığı zədədən sonra diaqnostik müayinədən keçib. Müdafiəçidə sol topuq nahiyəsində kapsulyar-bağların ciddi zədələnməsini üzə çıxıb. O, artıq reabilitasiya proqramına başlayıb və bir ay sonra yenidən müayinə olunacaq.

İtalyan futbolçu sözügedən zədə səbəbindən altı həftədən səkkiz həftəyə qədər yaşıl meydanlardan kənarda qalacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest