İspaniya millisinin sabiq müdafiəçisi Aymerik Laport bu yay "Əl-Nəsr"i tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat paylaşıb.

Bildirilir ki, futbolçu əslində işləmək istəmədiyi Stefano Piolinin qovulmasına baxmayaraq, yerli mədəniyyətə və hava şəraitinə öyrəşmədiyi üçün hələ də Səudiyyə Ərəbistanını tərk etmək istəyir.

Laport maaşından imtina edərək, klubu erkən tərk etmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, futbolçu hazırda həftədə 390 min funt-sterlinq alır ki, bu da onu dünyanın üçüncü ən zəngin müdafiəçisi edir.

Aymerikin Səudiyyə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

2024/25 mövsümündə müdafiəçi bütün turnirlərdə 30 oyun keçirib və 5 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest