"Los-Anceles" klubunun hücumçusu Olivye Jiru klubu tərk edərək azad agent olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı MLS-in rəsmi paylaşıb.

Bildirilir ki, tərəflərin qarşılıqlı razılıq əsasında ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, 38 yaşlı fransız futbolçu Amerika klubuna 2024-cü ilin iyulundan azad agent kimi "Milan"dan keçib. O, "Los-Anceles"in heyətində 37 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Futbolçunun 1 illik müqavilə imzalayacağı Fransanın "Lill" klubuna keçəcəyi gözlənilir. Daha əvvəl Jiru "Qrenobl", "Tours", "Monpelye", "Arsenal", "Çelsi" və "Milan"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest