27 İyun 2025, 21:40
FUTBOL
"Real" 33 yaşlı müdafiəçi David Alabanın zədəsi ilə bağlı məlumat yayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuta xidməti paylaşıb.
Bildirilir ki, tibbi müayinədən sonra Alabaya sol ayağının baldır əzələsinin zədələnməsi diaqnozu qoyulub. Avstriyalı futbolçu bu zədə səbəbindən bir ayı buraxa bilər.
Qeyd edək ki, bir müddətdir 33 yaşlı futbolçu zədədən ziyyət çəkir. Ümumilikdə, o, ötən mövsüm bütün yarışlarda 14 matçda iştirak edib.