Səudiyyə Ərəbistanı "İnter Mayami"nin 38 yaşlı hücumçusu Lionel Messi ilə yenidən maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PİF) argentinalı futbolçuya Kriştiano Ronaldonu yerli çempionata gətirməyə imkan verən şərtlərə bənzər sövdələşmə təklif edib.

Təklif artıq Lionelin atası və agenti Xorxe Messiyə təqdim olunub. Tərəflər arasında da danışıqlar aparılıb. PİF-ə daxil olan klublardan futbolçunun transferinə əsas iddiaçı son vaxtlar Simone İnzaqinin rəhbərlik etdiyi "Əl-Hilal"dır. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest