27 İyun 2025, 18:10
FUTBOL
İngiltərənin "Brentford" klubu Keyt Endryusun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 44 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.
Endryus klubun sistemi ilə yaxından tanışdır. O, ötən il "Brentford"un məşqçilər heyətinə yer alıb.
Qeyd edək ki, Keyt Endryusun bu yay "Tottenhem"ə keçən Tomas Frankı əvəzləyib. Bundan əvvəl o, "Şeffild Yunayted", "Milton Keyns Dons" və İrlandiya Respublikası milli komandasında menecer köməkçisi vəzifəsində çalışıb.