"Lion"la müqaviləsi başa çatan Aleksandr Lyakazett karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Fransalı hücumçu "Neom"la anlaşıb. 34 yaşlı forvard yüksək liqaya vəsiqə qazanan klubla 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Aleksandr Lyakaazett ötən mövsüm "Lion"un heyətində keçirdiyi 42 oyunda 19 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest