Türkiyə Futbol Federasiyası yığma komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

İtalyan mütəxəssis 2028-ci ilin yayına kimi "ay-ulduzlular"ı çalışdıracaq. Bazar ertəsi günü rəsmi imza mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi postuna təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest