27 İyun 2025, 15:51
FUTBOL
"Mançester Yunayted" qapıçı Tom Hitonun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiperlə 2026-cı ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Tom Hiton 2021-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. İngiltərəlli qapıçı ötən mövsüm 1 rəsmi matçda iştirak edib.