"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi "Benfika"dan David Yuraşeki heyətinə qatıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Çexiyalı sol cinah müdafiəçisi 1 il müddətində icarə əsasında "Beşiktaş"ın formasını geyinəcək.

Qeyd edək ki, David Yuraşek son il yarım ərzində "Hoffenhaym"da icarədə olub. 24 yaşlı futbolçu ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest