27 İyun 2025, 11:34
FUTBOL
"Trabzonspor" heyətinə yeni hücumçu cəlb edib.
Matc.az xəbər verir ki, Super Liqa nəhəngi "Sauthempton"dan Pol Onuaçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu 31 yaşlı nigeriyalı forvard üçün "Sauthempton"a ödədiyi təzminatın məbləğini açıqlamayıb.
Qeyd edək ki, Pol Onuaçu 2023/2024 mövsümündə icarə əsasında "Trabzonspor"da çıxış etmişdi.