27 İyun 2025, 11:15
FUTBOL
"Bayer"in hücumçusu Patrik Şik karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri möəlumat yayıb.
"Beşiktaş" çexiyalı futbolçunu transfer edib. İstanbul nəhəngi Şikin meneceri ilə danışıqlar aparıb. 29 yaşlı forvard Türkiyədə oynamağa isti yanaşır.
"Beşiktaş" "Bayer"ə oyunçunu satınalma bəndi ilə icarəyə götürməyi təklif edib. Almaniya klubu yaxın günlərdə "qara qartallar"a cavab verəcək.
Qeyd edək ki, Patrik Şik ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 45 oyunda 27 qol vurub, 1 qol ötürməsi edib.