27 İyun 2025, 10:13
FUTBOL
"Arsenal"dan ayrılmaq qərarı verən Tomas Parti Türkiyədə çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu baarədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" qanalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. İstanbul klubunun idman direktoru Devin Özek Londona gedib 32 yaşlı futbolçu ilə görüşəcək.
Qeyd edək ki, Tomas Parti ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib. Onun London klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatır.