26 İyun 2025, 21:56
FUTBOL
"Atalanta"nın müdafiəçisi Matteo Ruggeri karyerasını "Atletiko"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, artıq tərəflər 20 milyon avro təzminat məbləği barədə razılığa gəliblər. Futbolçu tibbi müayinədən keçməlidir, bundan sonra Madrid klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.
Xatırladaq ki, ötən mövsüm 22 yaşlı Ruggeri "Atalanta"da 38 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə edib.