26 İyun 2025, 20:15
FUTBOL
"Neftçi" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt klubunu paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis ilə müqavilə imzalayıb. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Qeyd edək ki, bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub "Sportivo Ameliano"dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.