26 İyun 2025, 19:50
FUTBOL
Eysebio Di Françesko "Leççe"nin yeni baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat paylaşıb.
Bildirilir ki, Müqavilə "1+1" prinsipi ilə bağlanıb və mütəxəssis növbəti mövsümün sonunda komandanı A Seriyasında saxlaya bilsə, uzadılma opsionu avtomatik aktivləşdiriləcək.
Qeyd edək ki, buna qədər Di Françesko B seriyasına düşmüş "Venesiya"nı çalışdırıb, "Leççe"yə isə komandanı A Seriyasında saxlayan Marko Giampaolo başçılıq edib.