"Real"ın ulduz futbolçusu Kilian Mbappe keçmiş klubu PSJ-ni məhkəməyə verib.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, fransız hücumçu PSJ-ni şantajda ittiham edərək məhkəməyə verib. Xüsusilə, 2023-cü ildə Paris klubu forvardı yeni müqavilə imzalamağa məcbur etməyə çalışaraq əsas komanda ilə məşq etməyi qadağan edib.

Hüquqşünaslar iddia edirlər ki, məhkəmə klubun hərəkətlərini mənəvi təzyiq kimi tanısa, bu, bütün idman dünyası üçün presedentə çevriləcək. İş UEFA-ya qədər gedib çıxsa, PSJ-nin avrokuboklara lisenziyası ləğv oluna bilər.

Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında azad agent kimi PSJ-dən ayrılaraq "Real"a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest