İtaliyanın "Komo" klubu ilə ispaniyalı hücumçu Alvaro Morata transferə bir addım daha yaxınlaşıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı ispaniyalı "Komo" ilə 2028-ci ilin yayına qədər, daha bir mövsüm uzatma ehtimalı ilə.
İndi İtaliya klubu Moratanın "Milan" və "Qalatasaray" arasındakı icarə müqaviləsinin başa çatmasını gözləyir.
İtaliyalıların baş məşqçisi Sesk Fabreqas həmyerlisinin transferində şəxsən maraqlıdır. Transfer məbləği 15-18 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Morata 2024/25 mövsümündə "Qalatasaray"da 42 matçda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.
O, İspaniya millisinin tərkibində 2024-cü ildə Avropa çempionu olub, Madrid "Real"ının futbolçusu kimi isə iki dəfə Çempionlar Liqasının qalibi olub.