26 İyun 2025, 18:04
FUTBOL
18 yaşlı argentinalı futbolçu Camilo Nuin dizindən əməliyyat zamanı dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı BBC paylaşıb.
Bildirilir ki, faciə planlaşdırılmış diz əməliyyatı zamanı baş verib. Ölümün rəsmi səbəbi dəqiqləşdirilməyib. Argentina Futbol Assosiasiyası artıq gənc idmançının ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi Argentinanın "San Telmo" klubunun gənclər və əvəzedici komandalarında çıxış edirdi.