Premyer Liqaya yüksələn "Börnli" heyətinə yeni qapıçı cəlb edib.

Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi "Karlsrue"dən Maks Veyssi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı almaniyalı qolkiperlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Maks Veyss ötən mövsüm "Karlsrue"nin heyətində 37 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest