26 İyun 2025, 16:06
FUTBOL
"Milan"ın müdafiəçisi Emerson Royal İspaniya La Liqasında çıxış edəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
"Betis" braziliyalı futbolçunu icarəyə götürəcək. 26 yaşlı sağ cinah müdafiəçisinin keçidi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, "Milan" Emerson Royalı 2024-cü ilin yayında "Taottenhem"dən transfer edib. Braziliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 26 oyunda meydana çıxıb.