26 İyun 2025, 15:46
FUTBOL
"Liverpul" "Bornmut"un müdafiəçisi Miloş Kerkezi transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə çempionunun rəsmi saytı məlumat yayıb.
"Qırmızılar" macarıstanlı futbolçu üçün "Bornmut"a 46 milyon avro təzminat ödəyib. 21 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Miloş Kerkez ötən mövsüm "Bornmut"un heyətində keçirdiyi 41 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.