26 İyun 2025, 14:45
FUTBOL
29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
“Sabah” FK yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni müqavilə bağlayıb.
Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.